Qafqaz Universitetinin tələbələrinə bəd xəbər

Qafqaz Universitetinin tələbələrinə bəd xəbər
Sosial 2448
 

Dünyanın dörd bir yanında FETO-ya bağlılığının olduğu iddia edilən universitetlərin diplomları Türkiyə tərəfindən tanınmayacaq.

BAKU.WS xəbər verir ki, bu qərarı Türkiyənin Yüksək Təhsil Komitəsi verib. Habelə bura ABŞ-dan Kambocaya qədər 17 ölkədən 29 universitet daxildir.

Türkiyənin Yüksək Təhsil Komitəsinin siyahısında ABŞ-da 6, Avstraliya və Polşadan 3, İraq, Albaniya və Kolumbiyadan 2, Türkmənistan, Qazaxıstan, Azərbaycan, İndoneziya, Belçika, Rumıniya, Qırğızıstan, Gürcüstan və Bosniya-Hersoqovinadan hərəsindən 1 universitet yer alıb.

Komitə FETO-nun dünyanın ən yaxşı 30 universiteti arsında olan Belçikadakı Leuven Katolik universitetinin diplomlarının tanınmasını da ləğv edilib.

Azərbaycandan sözügedən siyahıya Qafqaz Universiteti daxil edilib. Şuranın qərarına əsasən universitetin 2016-cı ilə qədər məzunlarına verdikləri diplomlar, habelə 2015-2016 tədris ilinə qədər Qafqaz Universitetinə qəbul olunanların diplomları Türkiyə tərəfindən tanınmayacaq. 

Aynur Ələkbərova 

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

"NASA təcrübəçisi" Kənan Əhmədli dərsə getmir

"NASA təcrübəçisi" Kənan Əhmədli dərsə getmir

NASA-ya təcrübəçi kimi qəbul olunduğunu iddia edərək KİV-lərə müsahibə verən gənc təhsil aldığı Azərbaycan Dillər Universitetinin (ADU) tələbəsi olaraq qalır....

3067 Sosial 14:55 02 noyabr 2016

Son xəbərlər