Azərbaycanın bu üç idmançısı dopinqə görə cəzalandırılıb
Azərbaycanın üç idmançısı dopinqə görə cəzalandırılıb.
BAKU.WS AMADA-ya istinadən xəbər verir ki, Səidə Əliyeva (taekvondo), Günel Vəliyeva (ağırlıqqaldırma) və Rövşən Xəlilov (pauerliftinq) yarışlardan diskvalifikasiya olunub.
Hər üç idmançının cəzalandırılmasına səbəb nümunələrində qadağan edilmiş maddələrin aşkarlanması olub. S.Əliyevada "furosemid", G.Vəliyevada "methyltrienolon", R.Xəlilovda isə "metandienone" aşkarlanıb.
S.Əliyeva yarışlardan iki, digər idmançılar isə dörd il müddətinə uzaqlaşdırılıb. Taekvondoçu ilə bağlı sanksiya başlama tarixi bu il fevralın 16-sı göstərilib.
Dörd illik cəzalandırılan G.Vəliyeva ilə bağlı sanksiyanın isə 2023-cü il sentyabrın 7-dən etibarən başladığı təsdiqlənib.
Pauerliftinqçi R.Xəlilovun cəzası isə 2021-ci il noyabrın 18-dən qüvvəyə minib.
Oxşar xəbərlər
Qazaxda 10 mindən çox şəxs qazsız qalacaq
Qazax rayonu, Daş Salahlı kəndində sabah saat 10:00-dan etibarən qaz təchizatında müvəqqəti fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə Şəmkir Regional...