Azərbaycanın bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 27-si saat 10:00-a olan məlumatında qeyd olunub.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir.
Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 54 (aylıq normanın 30%-i), Kəlbəcərdə 26 (aylıq normanın 30%-i), Şəki, Mingəçevir, Şahbuzda 9, Zaqatala, Altıağac, Qusar (Laza), Şahdağda 7, Qrız, Ağdamda 5, Bərdə, Beyləqanda 4, Yardımlı, İmişlidə 3, Sədərəkdə 2, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Lənkəran, Astara, Biləsuvar, Kürdəmir, Sabirabad, Naxçıvan, Daşkəsən, Gədəbəy, Gəncə, Naftalan, Tovuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Şirvan, Tərtər, Zərdab, Cəfərxan, Lerikdə 1 mm-dək qeydə alınıb.
Səhər saatlarından Bakıda və Abşeron yarımadasında yağış müşahidə edilir və bəzi ərazilərdə lokal leysan xarakterlidir.
Oxşar xəbərlər
Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika
Paytaxtın Ağ Şəhər ərazisində nəqliyyat axınını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən layihə üzrə işlər dayandırılıb. BAKU.WS "Xəzər" TV-yə istinadən xəbər...