Azərbaycanın 550-yə yaxın vətəndaşı vətənə qayıtdı

Azərbaycanın 550-yə yaxın vətəndaşı vətənə qayıtdı
Sosial 1637

Azərbaycan və Rusiya arasındakı anlaşmaya əsasən, COVID-19 səbəbi ilə qonşu ölkədə qalan Azərbaycan vətəndaşlarının vətənə dönüşü təşkil edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Dağıstanın Məhəmmədkənd rayonunun administrasiyasından məlumat verilib.

Məlumata görə, “Yaraq-Qazmalar” (Rusiya) – “Samur” (Azərbaycan) buraxılış məntəqələri ərazisində yaradılmış xüsusi “dəhliz”dən 548 Azərbaycan vətəndaşı keçərək vətənə dönüb:

“Bunlar koronavirus səbəbi ilə Rusiyadan ayrıla bilməyən və aprelin əvvəlindən etibarən rayonumuzun ərazisinə gələnlər idi. Hamı “dəhliz”dən göndərildi. Göndəriş aprelin 20-nə keçən gecə baş tutub”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər