Azərbaycandan təxliyə olunan Gürcüstan vətəndaşında koronavirus aşkarlanıb

Azərbaycandan təxliyə olunan Gürcüstan vətəndaşında koronavirus aşkarlanıb
Sosial 111

Gürcüstanda son sutkada koronavirus diaqnozu qoyulan 4 nəfərdən biri Azərbaycandan təxliyə olunan vətəndaşdır.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, həmin şəxs Gürcüstan sərhədini keçəndən sonra karantin zonasına yerləşdirilib.

Həkim Gürcüstan vətəndaşının vəziyyətinin ağır olmadığını qeyd edib.

Son xəbərlər