Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başa çatıb
01
iyn
2022
15:54
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu artıq başa çatıb və kvotada nəzərdə tutulan 680 yerin hamısı üçün müraciət edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, zəvvarlar iyun ayının 29-30-u və iyul ayının 1-2-si Həcc ziyarətinə yola düşəcəklər, iyulun 19-20-si isə geri dönəcəklər.
Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanı Azərbaycana 680 nəfərlik kvota verib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...