Azərbaycanda yuyucu tozlar kəskin BAHALAŞDI
Yeniliklərdən dərhal xəbərdar olun
Son zamanlar Azərbaycanda ərzaq və digər istehlak mallarında qismən artım kəskin bahalaşmaya keçib.
BAKU.WS Bakupost.az-a istinadla xəbər verir ki, Bakıda iri marketlərdə yuyucu tozların qiymətləri alıcıları şoka salıb.
Belə ki, ötən aya qədər hələ bahalaşma ilə 5 kiloqramlıq tozların qiyməti 21-23 manat arası dəyişirdisə, indi 27, az qala 30 manata qalxıb.
Eynilə 1,5 və 3 kq-lıq tozların da qiyməti xeyli artıb.
Satıcıların məlumatına görə, yeni qiymətlər bu gün daxil edilib. Ötən həftəyə qədər tozlar aksiyada, endirimdə idi deyə alıcılar ucuz qiymət görürdü.
Oxşar xəbərlər
Yeni ildə bayram süfrəsi açmaq neçəyə başa gələcək? - ARAŞDIRMA - FOTO
Qarşıdan səbirsizliklə gözlədiyimiz 2021-ci il gəlir. Yox, əgər "2021-ci ildən heç nə gözləmirəm" deyirsinizsə, ən azından 2020-ci ilin bitməsini səbirsizliklə...