Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı QƏRAR
22
sen
2025
12:07
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarla koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 yanvar saat 06:00-dək uzadılıb.
Bundan əvvəl həmin müddət 1 oktyabr saat 06:00-dək olan dövrü əhatə edib.
Oxşar xəbərlər
Direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən, şagird sayı 500-dək olan və direktor vəzifəsi vakant qalan ümumi təhsil müəssisələrinə...