Azərbaycanda uşaqlar arasında yayaılan virusla bağlı tanınmış professordan XƏBƏRDARLIQ
"Əslində ənənəvi situasiyadır və həmişə bu soyuq dövrlərdə qripin və digər respirator infeksiyaların kəskinləşməsi dövrü müşahidə olunur".
Bu sözləri BAKU.WS-ə açıqlamasında tibb elmləri doktoru, infeksionist Adil Qeybulla bildirib.
Professor əlavə edib ki, hazırda uşaqlar arasında, xüsusilə də 14 yaşa qədər uşaqlar arasında yayılan virus "İnfulenza" və respirator "Sinsitial" virusdur:
"Əslində bunlar özləri də qrip kimi inkişad edir. Yuxarı tənəffüs yollarının iltihabı, burun tutulması, asqırma, öskürmə, göz yaşarması temperatur, əzələ-bel və baş ağrıları, sonra ümumi halsızlıq, zəiflik kimi əlamətlərlə davam edir. Əgər xəstəlik müalicə olunmazsa və insanlar rejim gözləməsə bu pnemaniya ilə ağırlaşa bilər.
Təəssüflər olsun ki, bizim camaat bu respirator infeksiyaları ayaq üstə keçirməyə meyllidir, amma yataq rejiminə keçmək lazımdır. Ümumiyyətlə, virus infeksiyalarında əsas rol immun sisteminə güc verməkdir. İmmun sistemə stimulasiya vermək laızmdır, tükətmək yox. Ona görə də mütləq ilk növbədə immun sistemin güclənməsinə diqqət etmək lazımdır. Yataq rejimi, bol maye qəbulu, vitaminli qidalar, təmiz hava olduqca vacibir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bəzi yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Dekabrın 26-da gecə və səhər bəzi yerlərdə yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 300-800 m-də...