Azərbaycanda uşaqlar arasında kütləvi yayılan xəstəlikdən yayınma ilə bağlı VACİB MƏSLƏHƏTLƏR
Son günlər uşaqlar arasında xəstəliklərin artımı müşahidə olunur. Əksər hallarda yüksək qızdırma ilə müşahidə olunan xəstəliklərin səbəbi nədir? Bu xəstəliklərin spesifik müalicəsi varmı?
Bu və digər suallara cavab tapmaq üçün Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədova müraciət etdik.
Uzman doktor BAKU.WS-ə açıqlamasında bildirdi ki, hər il olduğu kimi havaların soyuması ilə əlaqədar mövsümü xəstəliklər artır. Onun sözlərinə görə, mövsümü xəstəliklərin əksəriyyətinin səbəbi virus infeksiyalarıdır.
"Normalda virus infeksiyaları öz-özünə sağalan xəstəlikdir. Sadəcə təhsil müəssisələrinin açılması xəstəliyin sürətlə artmasına səbəb olur. Virus infeksiyaları hava-damcı yolu ilə yayıldığı üçün qapalı məkanlarda sürətlə yayılır və digər uşaqları da yoluxdurur.
Uşaqların çoxunda yüksək hərarət, boğaz ağrısı, öskürək, halsızlıq, iştahasızlıq, bəzən isə qusma və ishal ilə müşahidə olunur", - deyə tanınmış pediatr bildirib.
Görəcəyimiz tədbirlər hansılardır?
Azər Əhmədov deyir ki, məktəblər açıldı, uşaqlar dərslərə başladısa, mütləq şagirdlərin yuxu rejiminə diqqət yetirməkdir:
"Yuxusuzluq bədən müqavimətini azaldır. Eyni zamanda, uşaqları təbii qidalarla, meyvə-tərəvəzlə qidalandırın.
Uşaqlar bol-bol maye qəbul etsinlər. Valideynlər diqqətli olmalıdırlar. Uşaq xəstələnən zaman mütləq həkimə müraciət etməlidirlər.
Xəstənin ilk öncə hərarətini aşağı salmağa çalışırıq. Bol maye qəbul etməsini istəyirik. Virus infeksiyalarında çalışmaq lazımdır ki, antibiotik istifadə etməyək.
Çünki antibiotikdən çox istifadə edən zaman insanda antibiotikə həssaslıq itir. Bu zaman vücudun dirənci azalır. Əgər uşaq xəstədirsə, onu izolə etmək lazımdır.
Onu məktəbə, bağçaya aparmaq olmaz. Uşaqlar əllərini tez-tez yumalıdırlar. Otağın havası mütəmadi olaraq dəyişdirilməlidir. Ətraf dezinfeksiya olunmalıdır".
Ziya SƏCCAD
Oxşar xəbərlər
Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev icraçı vitse-prezident Fərrux Mahmudovla birgə millinin oyunçunuları və məşqçi heyəti ilə...