Azərbaycanda son sutkada koronavirusa yoluxanların statistikası

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 791 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 029 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib. 49 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 112, bu günə qədər isə ümumilikdə 6 903 117 test icra olunub.

Oxşar xəbərlər
Azərbaycanda son sutkada koronavirusa yoluxanların statistikası
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərarg...
