Azərbaycanda son sutkada 4 nəfər koronavirusa yoluxub, ölən olmayıb
14
may
2022
17:51
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 668 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 904 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 55 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 782, bu günə qədər isə ümumilikdə 6 850 674 test icra olunub.
Oxşar xəbərlər
Azərbaycanda son sutkada 6 nəfər koronavirusa yoluxub, ölən olmayıb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərarg...