Azərbaycanda daha 11 nəfər koronavirusa yoluxub, ölən olmayıb
05
may
2022
16:36
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 599 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 839 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 51 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 903, bu günə qədər isə ümumilikdə 6 826 926 test icra olunub.
Oxşar xəbərlər
Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 100-dən aşağı düşüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərar...