Azərbaycanda daha 28 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, koronavirusdan ölüm halı qeydə alınmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 216 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 293 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib. 220 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 826, bu günə qədər isə ümumilikdə 6 739 008 test icra olunub.


Oxşar xəbərlər
Son sutkada Azərbaycanda koronavirusdan ölən olmayıb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 22 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qəra...