Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 100-dən aşağı düşüb
30
apr
2022
16:50
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 562 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 761 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 92 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 709, bu günə qədər isə ümumilikdə 6 814 486 test icra olunub.
Oxşar xəbərlər
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qəra...