Azərbaycanda söküləcək binalarla bağlı YENİ XƏBƏR - 260 tikili...

Azərbaycanda söküləcək binalarla bağlı YENİ XƏBƏR - 260 tikili...
Sosial 9955

Azərbaycanda köhnə və qəzalı yaşayış fondunun mərhələli şəkildə yenilənməsi ilə bağlı yeni mərhələyə start verilir.

BAKU.WS-in məlumatına görə, aidiyyəti qurumların son məlumatları yaxın dövrdə ölkənin bir neçə böyük şəhərində söküntü və yenidənqurma proseslərinin başlanacağını göstərir.

Hazırda Bakı, Sumqayıt və Gəncə şəhərlərində ümumilikdə 260 qəzalı bina mövcuddur. Qəzalı tikililərin böyük əksəriyyəti paytaxtın payına düşür. Belə ki, Bakıda 228, Sumqayıtda 21, Gəncədə isə 11 qəzalı bina qeydə alınıb.

Paytaxt Bakıda söküntülərin aparılacağı ərazilər artıq müəyyənləşib. Qəzalı binalar Binəqədi, Nərimanov, Yasamal, Nəsimi, Səbail, Xətai, Nizami, Sabunçu, Suraxanı və Pirallahı rayonlarını əhatə edir. Bu binalar mərhələli şəkildə söküləcək, onların yerində isə şəhərsalma tələblərinə uyğun olaraq yaşıllıq zolaqları, parklar, yol infrastrukturu və yeni yaşayış binaları salınacaq.

Qeyd edək ki, proses təkcə təhlükəsizlik məqsədi daşımır, eyni zamanda şəhərlərin ümumi görünüşünün yaxşılaşdırılması və müasir urbanizasiya standartlarına uyğunlaşdırılması hədəflənir. Söküntü və yenidənqurma işlərinin yaxın gələcəkdə başlanması gözlənilir. Hazırda paytaxtın müəyyən ərazilərində aparılan söküntü zamanı əhaliyə 2700 AZN-dək kompensasiya təklif olunur.

Söküntü aparılacaq ərazilərdə yaşayan sakinlərin köçürülməsi və sosial məsələlərlə bağlı qərarların da aidiyyəti qurumlar tərəfindən mərhələli şəkildə açıqlanacağı bildirilir. Bu isə ölkədə genişmiqyaslı şəhər yenilənməsi prosesinin anonsu kimi qiymətləndirilir.

Orxan Hüseyn

Son xəbərlər