Azərbaycanda sel və daşqınlara görə içməli suda xəstəlik riski var? - RƏSMİ

Azərbaycanda sel və daşqınlara görə içməli suda xəstəlik riski var? - RƏSMİ
Sosial 244

Son günlər Azərbaycanda aramsız yağıntılar və sel hadisələri fonunda epidemioloji vəziyyət nəzarətdə saxlanılır.

Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən BAKU.WS-in sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, Respublikada intensiv yağışlar və sel hadisələri nəticəsində yarana biləcək epidemioloji risklər davamlı olaraq qiymətləndirilir və bu tədbirlər ictimai səhiyyənin əsas prioritetlərindən biridir.

"İntensiv yağışlar, sel və daşqınlar zamanı içməli su mənbələrinin çirklənmə, kanalizasiya sistemlərinin sıradan çıxma ehtimalını yaradır.

Bununla əlaqədar, ölkənin bir çox yaşayış məntəqələrində həyətyanı sahələrə və binaların zirzəmilərinə suyun dolması, kanalizasiya sularının müvafiq qaydada kənarlaşdırılmaması və içməli su təchizatındakı fasilələr fonunda yaranan riskləri minimuma endirmək məqsədilə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) tərəfindən yerli mərkəzlərə müvafiq tapşırıqlar verilib".

Vurğulanıb ki, daxil olan məlumatlara əsasən, riskli ərazilər nəzarətə alınıb, seçmə qaydada içməli su və zirzəmilərə toplanmış su nümunəsi götürülərək bakterioloji və fiziki-kimyəvi laborator müayinəyə cəlb edilib. Müayinələr nəticəsində yoluxucu xəstəliklərlə əlaqəli bakterioloji çirklənmə halları qeydə alınmayıb.

Banu Hüseynli

Son xəbərlər