Azərbaycanda populyar olan yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ - Xərçəng yaradır
Qızardılmış ət sinir sisteminə təsir edir və xərçəngə səbəb olur.
BAKU.WS RİA Novosti-yə istinadən xəbər verir ki, bunu rudiyalı endokrinoloq Mariya Kaloshina bildirib.
Onun sözlərinə görə, ət qızardarkən ən zərərli şey hər kəsin sevdiyi qızılı qabığıdır.
"Məhz bu (qabıq) tərkibində orqanizm üçün çox zərərli olan maddələr - heterosiklik aminlər və akrilamid var. Birincilər güclü kanserogendir, yəni xərçəngin inkişafına səbəb ola biləcək bir maddədir. Akrilamid isə sinir və çoxalma sistemlərinə də təsir edir", - Kaloshina qeyd edib.
O əlavə edib ki, əti qızardarkən çoxlu miqdarda poli doymamış yağları olan bitki yağlarından uzaq durmaq lazımdır. Onlar kanserogenlərin və trans yağların əmələ gəlməsinə ən həssas olanlardır. Belə çoxlu doymamış yağlar kərə yağı, piy və bitki yağlarında, məsələn, soyuq sıxılmış zeytun yağında olur.
Oxşar xəbərlər
Sabah yağış yağacaq - PROQNOZ
Azərbaycanda dekabrın 27-də hava şəraitinin yağmurlu keçəcəyi gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakı...