Azərbaycanda koronavirusa yoluxma ən çox bu ərazilərdə qeydə alınıb - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda COVID-19-a yoluxmanın yayılmasına görə Bakı şəhəri ilk yerdədir.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat “koronavirusinfo.az” saytında yerləşdirilib.
Belə ki, ölkə üzrə koronavirus testi müsbət olan şəxslərin 56,2 faizi paytaxtda yaşayır. Yoluxmaların 15,6%-i isə Abşeron rayonunun payına düşür.
Aparılan statistikaya əsasən, siyahıda koronavirusa yoluxanların 10,3%-i Aran zonasında, 6,4%-i Gəncə-Qazax bölgəsində, 4,3%-i Lənkəran rayonunda, 2,0%-i Quba-Xaçmaz, 1,7%-i Şəki-Zaqatala, 1,6%-i Dağlıq Şirvan, 1%-i Yuxarı Qarabağda qeydə alınıb.
Koronavirusa yoluxanların 0,04%-i isə Naxçıvanda yaşayanlardır.
Qeyd edək ki, koronavirusa yoluxanların 0,7%-ni ölkə xaricindən gələnlər təşkil edir.
Oxşar xəbərlər
Azərbaycanda koronavirusa yoluxan və ölənlərin bölgələr üzrə son statistikası
Azərbaycanda koronavirusa yoluxanların 56.3 faizi Bakının payına düşür. BAKU.WS Trend-ə istinadla xəbər verir ki, yoluxmanın 6.7 faizi Gəncə-Qazax, 16.1 faizi A...