Azərbaycanda koronavirusa qarşı səhiyyə tədbirləri - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün dünyanın əsas bəlası, eyni zamanda mövzusu olan koronavirus pandemiyası həm də yeni təcrübələr yaratdı.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, belə vəziyyətlərdə ilk şərtlərdən biri panikaya məğlub olmamaq, bəlanın miqyasını real qiymətləndirmək, çevik idarəetmə ilə operativ və düzgün qərarlar qabul etməkdir.
Dünyanın yeni bəlası qapını döyəndə Azərbaycan rəhbərliyi də məhz belə etdi. Qəbul edilmiş çevik qərarlarla mübarizə tədbirlərinə başlanıldı, xəstəxanalar hazır vəziyyətə gətirildi.
Koronavirusla mübarizədə bir sıra qabaqcıl ölkələrin xəstəlik qarşısında necə aciz qaldığının şahidi olduq. Yoluxma sayının kəskin çoxalması səbəbindən xəstələri yatırtmaq üçün xəstəxanalarda çarpayı yeri çatmadığından, xəstələr yerlərdə qalırdı.
Ölkəmizdə də belə vəziyyətin yaranmaması üçün, hökumət tərəfindən vaxtında zəruri addımlar atıldı. Həyata keçirilən tədbirlər sayəsində xəstəxanalarda xəstələri qəbul etmək imkanları xeyli genişləndirildi.
Hazırkı şərtlərdə koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanı müsbət göstəricilərə malik ölkələr sırasında qeyd etmək olar.
Daha yaxşı nəticə üçünsə cəmiyyətin qoyulmuş qaydalara, karantin və xəstəlikdən qorunma təlimatlarına əməl etməsi vacibdir.
Çünki, pandemiya göstərdi ki, ölkələrin bu xəstəliyə qarşı effektiv mübarizəsi həm dövlət qurumları, həm də vətəndaşların səfərbərliyindən keçir.
Oxşar xəbərlər
Koronavirusla mübarizədə səhiyyəmiz maksimum güclə çalışır - Biz üzərimizə düşəni edirikmi?
Koronavirus hələ dünya üzrə pandemiya elan edilməmişdən Azərbaycanda bu virusun qarşısının alınması və müalicə üçün xəstəxanaların hazır vəziyyətə gətirilməsinə...