Azərbaycanda kişilər orta hesabla 30, qadınlar isə 25 yaşında evlənir - STATİSTİKA
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda nikaha daxil olan şəxslərin orta yaşı açıqlanıb.
Dövlət Statistika Komitəsindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, 2025-ci ildə nikaha daxil olan kişilərin orta yaşı 30,1, qadınların orta yaşı isə 25,1 olub.
Məlumata görə, 2021-ci ildə bu göstərici kişilər üzrə 29,7, qadınlar üzrə 24,9 yaş təşkil edib. Beləliklə, son 5 ildə kişilərin nikaha daxilolma yaşı 0,4, qadınların yaşı isə 0,2 yaş artıb.
İlk dəfə nikaha daxil olanların orta yaşı isə 2025-ci ildə kişilər üzrə 28,7, qadınlar üzrə 24,1 yaş olub.
2021-ci ildə ilk nikaha daxil olan kişilərin orta yaşı 28,4, qadınların isə 24,2 yaş təşkil edib.
Oxşar xəbərlər
Etibarnamə ilə avtomobil və mənzil almaq istəyənlərə XƏBƏRDARLIQ
"Etibarnamə əsasında avtomobil və ya mənzil almaq ilk baxışdan daha asan və sərfəli variant kimi görünsə də, bu üsul alıcılar üçün ciddi hüquqi və maliyyə riskl...