Azərbaycanda hotellər müştəriləri aldadır? - VİDEO

Bölgələrdə fəaliyyət göstərən hotellərin onlayn platformada reallıqdan uzaq qiymətlər təklif etdiyi iddia olunur.
Vətəndaşların sözlərinə görə, əyani şəkildə müraciət etdikdən sonra otaqları saytda göstərilən məbləğdən daha yuxarı qiymətə verirlər.
"Otağı saytdan rezervasiya etdiyiniz halda 7 faiz endirim tətbiq edilir. Müştərilər əyani şəkildə müraciət etdikdə onlara endirim edilmir", - deyə hotel əməkdaşlarından biri Baku TV-yə açıqlamasında bildirib.
Turizm ekspertləri bildiriblər ki, sahibkarlar çox vaxt müştəri cəlb etmək və vergidən yayınmaq üçün bu addımı atırlar.
"Müştəriləri cəlb etmək üçün çox balaca, hətta pəncərəsiz otaqlara bu endirim tətbiq edilir. Müştərilər hotelə gələndə rezerv etdikləri otağın yararlı olmadığını görürlər. Daha sonra isə onlara başqa otaqlar təklif edilir", - deyə Ceyhun Aşurov söyləyib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...
