Hava XƏBƏRDARLIĞI - Bu tarixdən dolu düşəcək, sulu QAR YAĞACAQ
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 12-si günün ikinci yarısından 14-ü gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, 14-ü səhər yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Oxşar xəbərlər
Bakıda və Abşeronda küləyin sürəti 27 m/s-ə çatıb
Noyabrın 15-i saat 18:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində küləkli hava şəraiti müşahidə edilir. Milli Hidrometeorologiya Xidmətindən BAKU...