Azərbaycanda güclü zəlzələlər olacaq?

"Seysmik baxımdan aktiv olan ərazilərdə müəyyən vaxtlarda hiss olunan və hiss olunmayan zəlzələlər baş verə bilər. Lakin bunu öncədən proqnozlaşdırmaq mümkün deyil".
Bu sözləri Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) şöbə müdiri Vüsalə Rafiqqızı bildirib.
O qeyd edib ki, 2023-cü il fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra müxtəlif iddialar səsləndirilmişdi. Belə ki, həmin vaxt açıqlamalar verilirdi ki, İstanbulda daha böyük zəlzələ olacaq, amma belə bir şey baş vermədi.
"Əgər ərazi seysmikdirsə, zəlzələ ola bilər. Bu, hiss olunan da ola bilər, olunmayan da. Bu, sırf həmin ərazinin geoloji xarakteristikasına bağlı bir məsələdir", - deyə o bildirib.
Vüsalə Rafiqqızı əlavə edib ki, ötən il bəzi şəxslər - istər tədqiqatçılar, istərsə də qeyri-peşəkar şəxslər - 2024-cü ilin dünyada seysmik baxımdan ən aktiv illərdən biri olacağını iddia edirdilər:
"Lakin bizim mərkəzdə aparılan tədqiqatların nəticəsinə əsasən deyə bilərik ki, 2024-cü il Azərbaycanda seysmik baxımdan ən zəif illərdən biri oldu".
Onun sözlərinə görə, RSXM tərəfindən bu ilin ilk 6 ayı ərzində dünya üzrə 6 minə yaxın zəlzələ qeydə alınıb ki, bunlardan 3 minə yaxını Azərbaycan və ona bitişik ərazilərdə baş verib:
"Bu 3 min zəlzələnin cəmi 60-ı 3 və daha yüksək maqnitudada olub. Azərbaycan ərazisində isə bu müddət ərzində sadəcə 4 zəlzələ 4 bal gücündə qeydə alınıb".
RSXM-in şöbə müdiri sonda bir daha vurğulayıb ki, seysmik aktivlik barədə dəqiq proqnoz vermək mümkün deyil və bu sahədə yayılan məlumatlara ehtiyatla yanaşmaq vacibdir.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Bakıda satılan ən bahalı evlər: Qiymətlər niyə kəlləçarxa çıxıb?
"Bakı və Abşeronda yarım milyona qədər çıxarışsız fərdi həyət evləri var. Onların çıxarışlarının olmaması səbəbindən bu tip əmlaklar kreditli şərtlərlə satıla b...