Azərbaycanda dörd gün komada qalan qadın sağlam körpə dünyaya gətirib

Azərbaycanda dörd gün komada qalan qadın sağlam körpə dünyaya gətirib
Sosial 536

Azərbaycanda dörd gün Kliniki Tibbi Mərkəzin Doğum-Reanimasiya şöbəsində komada qalan hamilə pasiyent sağlam körpə dünyaya gətirib

Bu barədə BAKU.WS-ə KTM-dən məlumat verilib.

Bildirilib ki, ötən il oktyabrın 11-də 27 yaşlı hamilə qadın qıcolma sindromu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Daha sonra KTM-in Ginekologiya şöbəsində hamiləliyin izlənməsi və müalicəsi üçün müayinələr başlayıb.

07.04.2025-ci il tarixində və hamiləliyin 39-cu həftəsində mama-ginekoloq Şölə Səfərova qeysəriyyə kəsiyi əməliyyatı icra edib.

Çəkisi 3990 qram, boyu 52 sm olan sağlam körpə (kişi) dünyaya gəlib.

Zəruri müayinələrdən sonra ana və körpənin səhhəti yaxşı vəziyyətdə evə buraxılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Binədə meşə fonduna aid ərazi zəbt edilib?

Binədə meşə fonduna aid ərazi zəbt edilib?

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində meşə fonduna aid torpaqların hasarlanaraq zəbt edildiyi, ağacların kəsildiyi və tikinti işlərinin aparıldığı iddia olun...

28 Sosial 23:39 08 avqust 2026

Son xəbərlər