Azərbaycanda daha 143 nəfər koronavirusa yoluxdu
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 143 yeni yoluxma faktı qeydə alınıb, 126 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 40 931 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 38713 nəfər müalicə olunaraq sağalıb, 600 nəfər vəfat edib, aktiv xəstə sayı 1618 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5203, ötən müddət ərzində isə ümumilikdə 1145397 test aparılıb.
Oxşar xəbərlər
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 143 yeni yoluxma faktı qeydə alınıb, 130 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirl...