Azərbaycanda daha 131 nəfər koronavirusa yoluxdu
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 131 yeni yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 34 474 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 201 nəfər müalicə olunaraq sağalıb, 509 nəfər vəfat edib, aktiv xəstə sayı 1 764 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 361 ötən müddət ərzində isə ümumilikdə 843 269 test aparılıb.
Oxşar xəbərlər
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 91 yeni yoluxma faktı qeydə alınıb, 211 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlə...