Azərbaycanda bu tarixdə hava kəskin dəyişəcək - Dolu düşəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Gələn həftə gözlənilən hava şəraiti haqqında məlumat yayılıb.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycanın rayonlarında gələn həftə ərzində hava şəraitinin dəyişkən, fasilələrlə yağıntılı olacağı gözlənilir.
I proses aprelin 10-dan 12-si səhərədək, II proses isə 13-dən 14-ü gündüzədək davam edəcək. Əsasən şimal və qərb rayonlarında yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi əsasən dağlıq və dağətəyi rayonlarda aprelin 10-da 15-18 m/s, 13-də isə arabir 20-25 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.
Oxşar xəbərlər
Hava ilə bağlı XƏBƏRDARLIQ - Bu tarixdə temperatur 10 dərəcə aşağı düşəcək
Martın 30-u axşamdan aprelin 1-i günün ikinci yarısınadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, 30-u axşam, 31-i gec...