Azərbaycanda bu məhsullar ucuzlaşa bilər - SEVİNDİRİCİ XƏBƏR
Yeniliklərdən dərhal xəbərdar olun
"Cari ildə mövsümi ərzaq məhsulları və tərəvəzlərin, xüsusilə də göyərtilərin ucuzlaşması mümkündür. Eyni zamanda dövlət tərəfindən subsidiya ayrıldığı və qida təhlükəsizliyi prinsipləri əsas götürüldüyü üçün un məmulatlarının qiymətlərinin ya ucuzlaşması, ya da ən azı sabit saxlanılması istiqamətində tədbirlərin görüləcəyi gözlənilir".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
AQC sədri əlavə edib ki, məqsəd bu məhsulların qiymət artımı prosesinin təsirinə məruz qalmamasını təmin etməkdir: "Bu yanaşma Azərbaycan dövlətinin sosial dövlət siyasətindən irəli gəlir.
Bununla yanaşı, həyat üçün zəruri olmayan, daha çox komfort hesab edilən sahələrə tələbatın azalacağı ehtimal olunur. Əhali ailə büdcəsinin planlaşdırılmasına yenidən baxdığı üçün bu kateqoriyaya aid məhsul və xidmətlərə maraq əvvəlki səviyyədə olmaya bilər. Nəticə etibarilə, komfort sahələrində yer alan bəzi meyvə-tərəvəz məhsulları, həmçinin ərzaq və qeyri-ərzaq malları üzrə ümumi tələbat azaldıqca, həmin məhsulların qiymətlərində də ucuzlaşma ehtimalı yarana bilər".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika
Paytaxtın Ağ Şəhər ərazisində nəqliyyat axınını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən layihə üzrə işlər dayandırılıb. BAKU.WS "Xəzər" TV-yə istinadən xəbər...