Azərbaycanda 1 milyona maşın satılır - DYP statistikanı gizlədir, məlumatlar açıqlanmır

Azərbaycanda 1 milyona maşın satılır - DYP statistikanı gizlədir, məlumatlar açıqlanmır
Sosial 3373
Azərbaycana rəsmi nümayəndəliklər tərəfindən idxal olunan kifayət qədər bahalı avtomobillər var. Bəzilərinin qiyməti hətta 400 min manatdan yuxarıdır. Bu siyahıya “Mercedes-Benz”i, “BMW”ni, “Porsche”ni və s. daxil etmək olar.BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı məlumat verib.Onun sözlərinə görə, bunlar açıq satışda olan avtomobillərdir. Ayrı-ayrı fiziki şəxlər tərəfindən ölkəyə gətirilən bahalı avtomobillərə gəlincə, ekspert deyib ki, burada qiymətlər fərqlidir:“Azərbaycanda xeyli belə avtomobil mövcuddur. Bura “Lamborghini”, “Maserati”, “Bugatti” kimi bahalı maşınları aid etmək olar. Bundan başqa “Mercedes”in “Maybach” seriyasından olan nəqliyyat vasitələrini, “BMW” və “Audi”nin sport versiyalarını misal çəkə bilərik”.R.Osmanlı söyləyib ki, bu avtomobillərin qiyməti, 500 min - 1 milyon manat arasında dəyişir.Ekspert rəsmi statistikadan xəbərsiz olduğunu deyib:“Əlimizdə rəsmi statistika yoxdur. Bununla bağlı rəqəmlər Baş Dövlət Yol Polisi İdarəsində mövcuddur”.Ramil Osmanlının fikrincə, Azərbaycanda son illər bahalı avtomobillərə maraq bir qədər azalıb: “Əvvəlki illərdə olduğu kimi, Azərbaycanda bahalı avtomobillərə maraq o qədər də yüksək deyil. Amma onu da demək olmaz ki, maraq tamamilə aradan qalxıb.Nəzərə almaq lazımdır ki, Azərbaycan bazarında avtomobil parkının yenilənməsi prosesi o qədər də yüksək deyil. Halbuki azərbaycanlılar avtomobillərini tez-tez dəyişməyi sevirlər. Amma bu, kütləvi hal almayıb”.R.Osmanlı onu da əlavə edib ki, ölkədə gələcəkdə avtomobil parkının yenilənməsi dinamik xarakter alacaq:“Bu, minik avtomobillərin qiymətinin orta qiymətə yaxın olduğu vaxt baş verəcək. Bu da lap bahalı avtomobillərə maraq azalandan sonra ola bilər”.Ekspert Azərbaycanda 1 milyon manata satılan avtomobillərlə bağlı maraqlı fakt açıqlayıb:“Belə nəqliyyat vasitələri açıq satışda deyillər. Bu avtomobillərin satışı barədə saytlarda və açıq informasiya resurslarında hər hansı məlumata rast gəlmək mümkün deyil”.

Son xəbərlər