Azərbaycan vətəndaşlarına verilən vaxt 2 ayadək uzadıla bilər - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Nazirlər Kabinetinin qərarına əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılacaq.
BAKU.WS xəbər verir ki, bu qərar 30 (otuz) gün sonra qüvvəyə minəcək.
Yeni qərarın qüvvəyə minməsinə qədər avtomobil sifariş verən və 30 gündən sonra avtomobilləri Azərbaycana gəlib çatacaq şəxsləri nə gözləyir? Onlar öz avtomobillərini gömrükdən keçirə biləcəkmi?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov BAKU.WS-ə bildirib ki, dövlət bu məsələdə vətəndaşlara güzəşt etməlidir:
"Ölkəmizdə yaşı 10 ildən çox olan avtomobillərin sayı həddən artıq çoxdur. Son illər ərzində Gürcüstandan ölkəmizə yararsız, ömrünü başa vurmuş metallom daşınırdı. Yeni qərar bunun qarşısını qismən alacaq.
Yeni qərarın verilməsi qarşıdan gələn yeni layihəni şərtləndirir. Ola bilər ki, Azərbaycanın "Avro-5" ekoloji standartlara keçidi olsun. Hazırda ölkəmizdə "Avro-4" tətbiq edilir. Mümkündür ki, bundan sonrakı qərar "Avro-5" standartına keçidlə bağlı olsun.
Yeni qərarın qüvvəyə minmə tarixi 30 gün sonradır. Hazırda vətəndaşların xarici ölkələrdən aldığı minlərlə avtomobil var ki, onlar yoldadır. Cənubi Koreya, Yaponiya və ABŞ-dən sifariş verilən maşınların Azərbaycana gətirilməsi minimum 2 ay vaxt aparır. Bu, bəzən 3 ay müddətə də reallaşır.
Dövlət bunları nəzərə alaraq 30 gün müddətini 60 günə artırmalıdır ki, vətəndaşların sifariş verdiyi, əvvəlcədən pulunu belə ödədiyi avtomobillər ölkəyə daxil ola bilsin. Əks təqdirdə həmin maşınlar Gürcüstan limanlarında qala bilər. Bu da Azərbaycan vətəndaşlarına külli miqdarda ziyan vura bilər".
Oxşar xəbərlər
Dövlət köhnə avtomobilinizi sizdən bu qiymətə alacaq - MƏBLƏĞ BİLİNDİ
Azərbaycanda 2018-ci ilin dekabr ayında təsdiq edilmiş “Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı”nda köhnə avtomobillərin utilizasiyasına dair ayrı...