Azərbaycan Ordusunun iki hərbçisi vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusunun iki hərbi qulluqçusu vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, hərbi qulluqçular - tibb xidməti polkovnik-leytenantı Quliyev Fikrət Tofiq oğlu və gizir Qəmbərov Ruzi Adil oğlu xəstəlikdən vəfat ediblər.
Qeyd edilib ki, polkovnik- leytenant F.Quliyev uzun müddət onkoloji xəstəlikdən, gizir R.Qəmbərov isə sol arxa beyin arteriyası hövzəsinin işemik insultu, serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə olunurdular.
Həkimlərin səyinə baxmayaraq hərbi qulluqçularımızın həyatını xilas etmək mümkün olmayıb.
Müdafiə Nazirliyinin rəhbərliyi dünyasını dəyişən hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir.
Oxşar xəbərlər
Prezident Təhlükəsizlik Xidmətinin bu hərbi qulluqçularını təltif etdi - SİYAHI
Prezident İlham Əliyev xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin aşağıdakı hər...