Azərbaycan əhalisinə XƏBƏRDARLIQ - Fevralın 7-si...
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 7-8-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Ağdam, Salyan, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Biləsuvar, Ağcabədi, Cəlilabad, Mingəçevir, Tovuz, Şəmkir, Daşkəsən, Gəncə, Göygöl, Goranboy, Naftalan, Samux, Zərdab, İmişli, Füzuli, Beyləqan, Bərdə, Yevlax, Tərtər, Qax, Zaqatala, Şəki, Şamaxı, İsmayıllı, Qusar, Xaçmazda qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında, Şabran, Siyəzən, Xızı, Neftçala, Qobustan, Hacıqabulda isə şimal-qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.
Oxşar xəbərlər
Dövlət komitəsinin sədri Gürcüstan səfiri ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 11-də Gürcüstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qiorqi Z...