Azərbaycan əhalisi 2024-cü ilədək hər il 1%-dən çox artacaq - İMF
Bu il Azərbaycanın əhalisinin sayının ötən ilin sonu ilə müqayisədə 1,2 % artaraq 10,222 milyona çatması gözlənilir.
BAKU.WS "Report”a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatında bildirilir.
Sənədə əsasən, Azərbaycan əhalisinin sayının 2022-ci ildə 10,345 milyona (əvvəlki ilin proqnoz göstəricisinə nisbətdə 1,2 % çox), 2023-cü ildə isə 10,469 milyona (1,2 % çox) çatması proqnozlaşdırılır.
Azərbaycanda işsizlik nisbəti bu il 5,8 %, gələn il 5,7 %, 2023-cü ildə isə 5,6 % səviyyəsində gözlənilir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin sayı 10 milyon 139,2 min təşkil edib ki, bu da illik müqayisədə 4,9 % çoxdur. Ötən il Azərbaycan əhalisinin sayı 0,6 % artaraq 10 milyon 123,4 min nəfər təşkil edib.
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...