AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasına aid film təqdim edildi
Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğramasının birinci ildönümünə həsr olunan süni intellektlə hazırlanmış film təqdim edilib.
BAKU.WS xəbər verir ki, "SOY" Productiona məxsus ekran işi Sarvan Hüseyn tərəfindən ərsəyə gətirilib.
AI rejissorluğunu Babək Sübhaninin, assistentliyini Nəzrin Mərdanlının etdiyi qısa filmdə qəza anı əks olunub.
Milli qəhrəmanlarımız - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanın, həmçinin sağ qalan ekipaj üzvləri Aydan Rəhimli, Zülfiqar Əsədovun görüntülərinin yer aldığı layihənin rəhbəri Əməkdar artist Dilarə Əliyeva, ssenari müəllifi Fariz Əliyevdir.
Xanoğlan Ağamoğlanlının məsləhətçilik etdiyi ekran işində səsləndirmə aktyor Vüsal Murtuzəliyevə məxsusdur.
Sözügedən kadrları ərsəyə gətirən S. Hüseyn videoda 40 mindən çox şəkildən istifadə olunduğunu bildirib:
"Hər kəsə təşəkkür edirəm. Bu film mənim həyatımda çox böyük önəm daşıyır. Videoda 40 mindən çox şəkil və 10 minə yaxın video süni intellekt vasitəsilə yaradılıb. Ümid edirəm ki, bununla insanlara hiss və duyğularımı doğru şəkildə çatdıra bilmişəm".
Oxşar xəbərlər
Dekabr ayı üzrə müavinət, təqaüd və sosial yardımlar tam ödənildi
Dekabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib. BAKU.WS xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ta...