Azad olunan ərazilərdə işlə təmin olunan şəxslərin sayı açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azad edilmiş ərazilərdə 8 mindən çox şəxs işlə təmin olunub.
BAKU.WS xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin (DMA) sədri Hasil Abbasov ötən ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, keçən il 2 847 vətəndaş işlə təmin edilib, 154 nəfər özünəməşğulluq proqramına cəlb edilib:
"Azad edilən ərazilərdə çalışan vətəndaşların 58 %-i dövlət, 42 %-i özəl sektorda çalışır. Bundan başqa, ötən il ərzində 154 nəfər (52 %-i qadın, 48 %-i kişi) özünüməşğulluq proqramına müxtəlif istiqamətlər üzrə cəlb edilərək aktivlərlə təmin olunub. Bununla da cari dövrədək işğaldan azad edilmiş ərazilərdə öz biznesini qurmaları üçün özünüməşğulluq proqramı çərçivəsində dövlət dəstəyi göstərilənlərin sayı 705 nəfərə çatıb. Hazırda 266 nəfərlə özünüməşğulluq proqramı üzrə işlər davam etdirilir".
Oxşar xəbərlər
Bir sıra ərazilər qazsız qalacaq
Görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonunun bir sıra ərazilərində qaz təchizatında müvəq...