Avtomobil plyonkalarına tələbat artıb - VİDEO

Avtomobil plyonkalarına tələbat artıb - VİDEO
Video
Sosial 68

Avtomobil plyonkalarına tələbat xeyli artıb, qiymətlər isə demək olar ki, dəyişməyib.

BAKU.WS "Xəzər TV"yə istinadən xəbər verir ki, hazırda bazarda 10 manatdan 300 manatadək şüşə örtükləri satılır.

Qiyməti isə qalınlığına və keyfiyyətinə görə dəyişir. Həmçinin plyonkaların avtomobillərə çəkilməsi də ödənişə daxildir.

Satıcıların sözlərinə görə, qiymətlər olduğu kimi qalıb, yəni bahalaşma yoxdur. Ən çox tələbat isə orta qiymətə olan plyonkalaradır.

Sürücülər də ucuz plyonkaları almadıqlarını deyirlər. Onlar düşünürlər ki, belə üzlüklər tez sıradan çıxır. Ona görə də aşağı qiymətə dəfələrlə plyonka çəkdirməkdənsə, normal məbləğə keyfiyyətlisini almaq daha sərfəlidir.

Avtomobil sahibləri, həmçinin plyonka qiymətlərinin olduqca yüksək olduğu qənaətindədirlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər