"Avtoş"larla bağlı maraqlı təklif - "... görək nə edə bilirlər"
Yeniliklərdən dərhal xəbərdar olun
Yol hərəkəti üzrə məşhur ekspert Ərşad Hüseynov avtomobil həvəskarları ilə bağlı maraqlı təklif səsləndirib.
O, Avtosfer.az-a bildirib ki, Bakıda keçirilən Formula 1 yarışı üçün hazırlanan yollarda yarış başa çatdıqdan sonra bizim sürücülərin də öz bacarıqlarını nümayiş etdirməsinə şərait yaratmaq olar: "Ölkəmizdə, xüsusən Bakıda avtoxuliqanlıq məsələsini müzakirə edəndə həmişə fikir səslənib ki, sürmək istəyənlər üçün məkan yoxdur, ona görə də onlar öz adrenalinlərini şəhər küçələrində almaq istəyirlər...
Deyirəm, bəlkə bu Formula 1 trekinindən həmin "avtoş"ların azarını öldürmək üçün istifadə edək? Yarışlar başa çatandan dərhal sonra heç nəyə toxunmayaq. Həmin treki 3-4 günlüyə verək onların ixtiyarına, öz risklərinə və öz avtomobilləri ilə görək nə edə bilirlər".
Qeyd edək ki, Ərşad Hüseynovun bu təklifi sosial şəbəkədə maraqla qarşılanıb və əksəriyyət tərəfindən dəstəklənib.
BAKU.WS
Oxşar xəbərlər
Bakı “Formula-1”ə hazırdır (VİDEO)
Bakıda keçiriləcək "Formula 1" üzrə Avropa Qran Prisinin start götürməsinə iki gün qalır. Virtualaz.org bildirir ki, bu mötəbər idman yarışı ilə bağlı hazırlıq...