Tıxaclara son qoymaq üçün unikal təklif (VİDEO)
Bəzən pik saatlarda 4, 6 və daha çox hərəkət zolağından ibarət olan avtomobil yollarının bir hissəsində tıxac olur, digərində yox. Əslində isə bu cür tıxacları aradan qaldırmaq üçün yol hərəkəti haqqında qanunda xüsusi müddəa var. Qanuna əsasən pik saatlarda belə yollarda bir istiqamətdə zolaqların sayını artırmaq mümkündür. Ancaq nə qəribədir ki, tıxacların günü-gündən artığı bir dövrdə bunun hələ də yollarda tətbiqinə başlanılmır. Ekspertlər isə bildirir ki, əgər belə bir təcrübə tətbiq edilsə, əksər yollarda tixac problemi birdəfəlik həllini tapar.
BAKU.WS xezerxeber.com-a istinadən bildirir ki, iki zolağı gediş, iki zolağı gəlişdən ibarət olan yolun bir hissəsində uzun tıxac olsa da, digər hissə boş qalıb. Halbuki, qanunvericiliyə əsasən pik saatlarda belə yollarda bir istiqamətdə zolağların sayını artırmaq mümkündür.
Ekspert Ərşad Hüseynov deyir ki, indiyədək bu maddə icra olunmayıb. Əgər zolaqların sayı artırılsa əksər yolda yaranan tıxaclar aradan qalxmış olar. Buna ən çox Bakı-Sumqayıt yolu, Salyan şossesi, Azadlıq prospekti, Heydər Əliyev prospekt və digər bir sıra yollarda ehtiyac var.
Ərşad Hüseynov bildirir ki, reversiv hərəkət zolağı tətbiq edilməmişdən əvvəl sürücülər mütləq bu məsələ ilə bağlı marifləndirilməlidir.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda xüsusi avtobus xətləri çəkilir
Paytaxtda yolların rənglənməsi işləri davam etdirilir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, paytaxtda müntəzəm sərni...