"Formula-1"in rəhbəri: "İndiki zamanda bizim yarışa bu qədər pul ödəməyə dəyməz"

Formula-1in rəhbəri: İndiki zamanda bizim yarışa bu qədər pul ödəməyə dəyməz
İdman 4209

 

"Formula-1" açıq təkərli avtomobil yarışları üzrə dünya çempionatının rəhbəri Berni Ekklstoun maraqlı açıqlama verib.

BAKU.WS-in məlumatına görə, F1 rəhbəri hesab edir ki, indiki məqamda bu cür yarışlara pul ödəməyə dəyməz. Məşhur "The Daily Mail" nəşri Ekklstounun sözlərini oxucularına olduğu kimi çatdırıb. 

"Mənə iş və pul lazım deyil. İştirakçıların əksəriyyəti yalnız o haqda düşünürlər ki, onlar üçün qısamüddətli perspektivdə daha yaxşı olsun. İki-üç yarış əksəriyyət üçün uzun müddətdir. Nəticədə "Formula-1" indi öz tarixində ən pis dövrlərindən birini yaşayır. Mən ailəmin belə yarışalara baxması üçün heç vaxt pul ödəmərəm", - deyə Ekklstoun söyləyib.

Qeyd edək ki, B.Ekklstoun 1974-cü ildən "Formula-1" prezidentidir. Britaniyalı rəhbər F1-dən bir ildə 2 milyard dollardan çox qazanaraq böyük bir uğura imza atıb. 

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке

BAKU.WS

Son xəbərlər