“Avto FM” yayıma başqa adla davam edəcək
Xəbər verdiyimiz kimi, Azərbaycanda 107.7 FM tezliyində fəaliyyət göstərən "Avto FM” radiosu yayımını dayandırıb.
BAKU.WS xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova "Report”a açıqlamasında Avto FM-in yayımının dayandırılması məsələsini şərh edib. O bildirib ki, sentyabrın 1-də "Avto FM” MMC ilə NİİM arasında bağlanan xidmət müqaviləsi başa çatıb və bununla da müqaviləyə xitam verilib: "Sadəcə "Avto FM” MMC ilə müqaviləyə xitam verilib. Ancaq işçilər işdən azad edilməyib. Eyni heyət yenə də öz işini davam etdirir. NİİM-in tərkibində yaradılan radionun fəaliyyətinə aid bütün səlahiyyətlər artıq Bakı Nəqliyyat Agentliyinə aiddir. Çünki NİİM də agentliyin tabeçiliyindədir”.
N.Allahyarova deyib ki, radio bundan sonra Bakı Nəqliyyat Agentliyinin nəzarəti altında yayımını davam etdirəcək: "Sadəcə radionun adında dəyişiklik olacaq”.
Qeyd edək ki, 2013-cü ildə fəaliyyətə başlayan Avto FM 107.7. MHz tezliyində yayımlanırdı.
Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının 2 aprel 2013-cü il tarixli qərarı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdi.
Oxşar xəbərlər
Azərbaycanda radio bağlandı
Azərbaycanda radio bağlanıb. Musavat.com xəbər verir ki, 107.7 dalğasında yayımlanan Avto FM radiosu fəaliyyətini dayandırıb. Radio artıq yayımda deyil. İlkin...