NİİM-in mətbuat xidmətinin rəhbəri işdən çıxdı
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı işdən çıxıb.
BAKU.WS-in məlumatına görə, Şəfa Mehmanqızı bu barədə öz Facebook səhifəsində yazıb.
NİİM-in sabiq mətbuat xidmətinin rəhbəri işdən ayrılması ilə bağlı bunları yazıb: "4 ilə yaxın bir müddətdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində çalışmışam və hər zaman NİİM-in imicinin yüksəldilməsi üçün əlimdən gələni etmişəm. Bu gündən etibarən NİİM-də çalışmıram. NİİM mənim üçün doğmadır və hər zaman da belə olacaqdır. İş fəaliyyətimə harada davam edəcəyimlə bağlı məlumat verəcəyəm. Hər kəsə uğurlar!"
BAKU.WS
Oxşar xəbərlər
Sürücülərə bayram xəbərdarlığı
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edib. NİİM-dən BAKU.WS-ə verilən məlumata görə, bayram günləri ilə əlaqədar bölgələrə səf...