Avropanın Nevşatel adlı "cənnət adası"ndan bütün dünyaya mesaj

Avropanın Nevşatel adlı cənnət adasından bütün dünyaya mesaj
Foto
Sosial 319

2016-cı ildə ABŞ-nin Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyinin (US EPA) qəbul etdiyi standarta görə İsveçrənin Nevşatel şəhəri dünyanın havası ən təmiz şəhərləri siyahısında ilk yerlərdən birini tutur. Havanın keyfiyyət indeksinə əsasən isə (İQAir - Bu indekslə havada çirkli maddələrin miqdarı və onların insan orqanizminə zərərli təsiri ölçülür - A.Ə.) Nevşatel kantonu (İsveçrəyə daxil olan 26 kantondan biridir - A.Ə.) və ona daxil olan regionlar 20, 21, 22, 27 və 29 göstəricisinə malikdirlər.

Qeyd edim ki, İQAir indeksi 0-50 - yaxşı, 51-100 - orta, 101-150 - xüsusi qrup insanlar üçün təhlükəli, 151-200 - ziyanlı, 201-300 çox zərərli, 300+ - təhlükəli olaraq təsnifləndirilir. Hazırda dünyanın havası ən çirkli şəhərləri sırasında Hindistanın Delhi, İraqın Bağdad və Pakistanın Lahor şəhərləridir. Bu şəhərlərin İQAir indeksi nadir hallarda 200-dən aşağı düşür.

Philip Morris International (PMI) tərəfindən təşkil edilən böyük Technovation konfransının keçirilmə yerinin bir tərəfdən Alp dağları, digər tərəfdən Nevşatel gölü ilə əhatələnən eyniadlı şəhərdə yerləşən şirkətin elmi-tədqiqat mərkəzi olaraq seçilməsi düşünürəm ki, simvolik idi.

Belə ki, alimlər artıq dağlıq ərazi və su hövzələri ətrafında yaşayan insanların daha uzunömürlü olduqlarını elmi cəhətdən sübut ediblər. Oksigenlə zəngin dağlıq və su mənbəyinə yaxın ərazilərdə insan daha intensiv nəfəs alır və bununla da ağciyərlər daha yaxşı işləməyə başlayır. Bundan sonra orqanizmimizdəki qanın tərkibindəki oksigenin miqdarı 96 faizədək artır. Oksigenin miqdarının artması hesabına qanda yeni eritrositlərin yaranma prosesi sürətlənir və hemoqlabinin də faizi artır. Dağlıq ərazilərdə ən azı iki həftə yaşamaq orqanizmdəki eritrositlərin 12-15 faiz, hemoqlabinin isə 15 faiz artmasına səbəb olur. Bu da sonda insanların sağlıq durumuna müsbət təsir edir və ömürlərinin uzun olmasına gətirib çıxarır.

Philip Morris International (PMI) 2024-cü il Technovation konfransını Alp dağlarının ətəyindəki Nevşatel adlı "cənnət ada"sında keçirməklə sanki bütün dünyaya mesaj vermiş oldu. İnsanların sağlamlığı, onların ömrünün uzun olması hər şeydən ümdədir.

XXI əsr inkişaf və innovasiya əsridir. Bu dövrdə texnoloji yeniliklər o qədər sürətlə dəyişir ki, öz resurslarını innavasion məhsulların hazırlanmasına səfərbər edən şirkətlər ön sıralarda olacaqlar. Bu cür şirkətlər öz yeni kəşfləri ilə təkcə industriyada dəyişikliyə deyil, eyni zamanda bütün dünyada milyonlarla insanın vərdişlərinin dəyişməsinə də səbəb olurlar. Philip Morris İnternational (PMI) da bu cür şirkətlər sırasında öncül yerləri tutur. Şirkət elmi nailiyyətlər, araşdırmalar və texnologiyalara investisiya yatıraraq tüstüsüz gələcəyi - öz prioriteti edib.

PMI-ın Beynəlxalq kommunikasiyalar üzrə vitse-prezidenti Tomazzo Di Covanninin bildirdiyinə görə, hazırda dünyada 36,5 milyon insan tüstüsüz tütün məhsullarının istifadəçisidir və bu tendensiya getdikcə artır. Dünyada 90-dan artıq bazarda bu məhsullar əlçatandır. PMI-ın istehsalı olan tüstüsüz tütün məhsullarını 30,8 milyon insan istehlak edir. Şirkət rəsmisi son illər PMI-ın ənənəvi siqaretçəkməyə alternativ olan daha az ziyanlı tüstüsüz məhsulların hazırlanması və tədqiqatına milyardlarla dollar pul yatırdığını bildirib. Tomazzo Di Covanni qeyd edib ki, tüstüsüz məhsullara əlçatanlığın təmin edilməsi həmin ölkələrdə siqaret çəkən insanların faizinin azalmasına gətirib çıxarır: "İsveç bizim düzgün siyasət aparmağımızın bariz nümunələrindən biridir. Tüstüsüz məhsullara tələbatın artması İsveçi Avropanın ağ ciyər xərçəngi xəstəliyi ən az yayılan ölkəsinə çevirib".

2006-cı ildə İsveçdə əhalinin 16-faizi siqaret çəkirdisə, indi ölkə əhalisinin cəmi 5,6 faizi siqaretdən istifadə edir. Philip Morris International-ın baş icraçı direktoru Yaçek Olçak bunu həmin insanlara alternativlərin təklif edilməsi ilə izah edir. Yaçek Olçak insanlara tüstüsüz vasitələrin siqaretə alternativ olaraq verilməsi səbəbindən artıq İsveç kimi ölkənin siqaret çəkməyən ölkəyə çevrildiyini bildirib.

Ümumilikdə isə Avropada 12 milyon insan siqaretdən imtina edib. Litva və Macarıstanda siqaret çəkənlər tüstüsüz tütün məhsullarına keçib.

Philip Morris International-ın baş icraçı direktorunun sözlərinə görə, siqaretin yanması zamanı kanserogen (insan vücudunda gələcəkdə xərçəng yarada biləcək zərərli maddələr - A.Ə.) yaranır. Nikotin isə kanserogen olmayıb sadəcə asılılığa səbəb olur.

Bu gün Philip Morris International tütün industriyasında transformasiyanı həyata keçərərək tüstüsüz gələcəyin təminatı sahəsində lider şirkət sayılır.

Hazırda dünya əhəmiyyətli dəyişikliklər astanasındadır. Lap tez zamanda siqaret çəkənlərdən ibarət hazırkı nəslin tarixdə ən son siqaret istehlak edən nəsil olaraq tarixə düşəcəyi gözlənilir.

P.S. Bu ilin rəqəmlərinə görə, Azərbaycanda siqaret çəkən 1 milyon 132,8 min kişi, 8 min 56 qadın var. 20-44 yaşlı qadınlar arasında 4 min, 45-64 yaşlı qadınlar arasında 2 min 489, 65 yaşından yuxarı qadınlar arasında isə 1 567 siqaret çəkən qeydə alınıb.

Kişilər arasında isə siqaret çəkmə yaşı 15-dən başlayır. 15-19 yaşlı kişilər arasında 815, 20-44 yaşlı kişilər arasında 517 min 882, 45-64 yaşlı kişilər arasında 506 min 393, 65 yaşından yuxarı kişilər arasında isə 107 min 732 siqaret çəkən var.

Ümid edirik ki, tüstüsüz alternativlərdən sonra Azərbaycanda da siqaret çəkənlərin sayında əhəmiyyətli azalma olacaq və ölkəmiz tezliklə regionun siqaret çəkməyən ölkələr sırasında öz yerini alacaq.

Azad ƏLİYEV

Son xəbərlər