Balıkesirdəki məktəblərdə tətil elan olundu - SƏBƏB
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə Balıkesirdəki 6,1 bal gücündəki zəlzələdən sonra məktəblərdə tətil elan edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Balıkesir Valiliyi açıqlama yayıb. Bütün özəl və dövlət məktəblərində bir gün məktəb olmayacaq.
Qurumlarda işləyən hamilə və fiziki məhdudiyyətli şəxslər isə bir gün icazəli hesab olunacaq.
"Zəlzələdən zərər çəkən vətəndaşlarımıza keçmiş olsun diləklərimizi çatdırırıq. Allah ölkəmizi və millətimizi bütün fəlakətlərdən qorusun" - deyə, Valiliyin açıqlamasında bildirilib.
Xatırladaq ki, Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib. Məlumata görə, zəlzələ nəticəsində üç bina və bir mağaza uçub, 22 nəfər xəsarət alıb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...