Azərbaycanda müəllimlərin çoxu paytaxtda çalışır? - RƏSMİ CAVAB
Azərbaycanda təhsilin keyfiyyətini müəyyən edən əsas amillərdən biri də müəllim potensialıdır.
BAKU.WS-in məlumatına görə, hazırda ölkənin ümumtəhsil məktəblərində minlərlə müəllim fəaliyyət göstərir. Onlar arasında həm paytaxt Bakıda, həm də regionlarda çalışan pedaqoqlar yer alır.
Müəllimlərin say tərkibi, coğrafi bölgüsü və tədris sahələri üzrə paylanması ölkənin təhsil sistemindəki balansı və resursların bölgüsünü göstərən əsas göstəricilərdən hesab olunur.
Maraqlıdır ki, hazırda Azərbaycanda ümumtəhsil məktəblərində neçə müəllim fəaliyyət göstərir və bu müəllimlərin nə qədər hissəsi paytaxtda, nə qədəri isə bölgələrdə tədrislə məşğuldur?
Elm və Təhsil Nazirliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkə üzrə ümumi təhsil müəssisələrində 130 min müəllim çalışır: "Onların təxminən 25%-i Bakıda, qalan faizi regionlarda fəaliyyət göstərir".
Oxşar xəbərlər
Sürücü avtobusu yolun ortasında saxlayıb siqaret çəkdi
Sosial şəbəkələrdə 525 saylı marşrut xəttində hərəkət edən avtobusun sürücüsünün dayanacaqda düşərək siqaret çəkdiyini əks etdirən görüntülər yayılıb. Həmin vax...