Hövsanda küçə itləri sakinləri qorxuya salır - ŞİKAYƏT

Hövsanda küçə itləri sakinləri qorxuya salır - ŞİKAYƏT
Video
Sosial 65

Bakının Suraxanı rayonunda küçə itlərinin çoxluğu sakinlər üçün problemə çevrilib.

Bu barədə vətəndaşlar BAKU.WS-in "qaynar xətti"nə müraciətlərində bildiriblər.

Sakinlərin sözlərinə görə, Hövsan Yaşayış Kompleksinin MİDA-1 ərazisində küçə itlərinin çox olması, xüsusilə yaşlı insanlar və məktəblilər arasında narahatlıq yaradır. Onlar itlərdən qorxduqları üçün ərazidə hərəkət edərkən çətinlik çəkirlər.

Vətəndaşlar problemin həlli ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, lakin indiyədək heç bir nəticə əldə olunmadığını bildiriblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər