Sabirabadda su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Sabirabad Sənaye Məhəlləsində "Fırtına Su Sistemləri" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.
BAKU.WS xəbər verir ki, "Fırtına Su Sistemləri" MMC 2024-cü ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.
Layihə dəyəri təxminən 1,2 milyon manat olan müəssisədə Çin texnologiyası əsasında mayenin süzülməsi və təmizlənməsi üçün avadanlıqlar istehsal edilir. Müəssisədə ildə 210 min ədəd filtr, 15 min ədəd su filtri cihazı istehsalı planlaşdırılır. Burada istehsal edilən cihaz və ehtiyat hissələri daxili bazara çıxarılmaqla yanaşı, Qazaxıstan, Özbəkistan və Türkiyəyə ixrac edilir.
Qeyd edək ki, müəssisədə 50 iş yeri yaradılıb. Yaxın gələcəkdə iş yerlərinin sayının artırılması nəzərdə tutulur.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda yeni ombudsman seçiləcək
Azərbaycanda yeni ombudsmanın seçilməsi məsələsi Milli Məclisin gündəliyinə daxil edilib. BAKU.WS xəbər verir ki, məsələ oktyabrın 30-da parlamentin İnsan hüquq...