İlon Musk "Grokipedia" adlı yeni ensiklopediyasını təqdim etdi

İlon Musk Grokipedia adlı yeni ensiklopediyasını təqdim etdi
Dünya 84

Texnologiya milyarderi İlon Mask "Wikipedia"ya alternativ kimi "Grokipedia" adlı yeni onlayn ensiklopediyanı istifadəyə verib. O, platformanı "insanlıq üçün mədəniyyət baxımından mühüm addım" adlandırıb.

BAKU.WS xəbər verir ki, yeni layihə, süni intellekt tərəfindən idarə olunan və daha çox mühafizəkar baxışlara yaxın bir informasiya mənbəyi kimi təqdim olunur. "Grokipedia"da məqalələr insan redaktorlar tərəfindən deyil, "Grok" adlı süni intellekt tərəfindən yoxlanılır. İstifadəçilər birbaşa dəyişiklik edə bilməsələr də, səhv məlumatlarla bağlı təklif göndərə bilirlər.

Hazırda platformada 885 min məqalə yer alır. Məlumatların bir hissəsi "Wikipedia"dan götürülsə də, Mask ilin sonuna qədər bu asılılığı tam aradan qaldırmağı planlaşdırır.

"Wikimedia" Fondu isə cavabında bildirib ki, "Wikipedia-nın dəyəri insan əmək və bilik birliyindən ibarətdir" və süni intellektin buna əvəz ola bilməyəcəyini vurğulayıb.

Mütəxəssislər "Grokipedia"nı Maskın süni intellekt vasitəsilə bilik istehsalı konsepsiyasının növbəti mərhələsi kimi qiymətləndirirlər.

Oxşar xəbərlər

Ən cəlbedici qadınlar bu ayda doğulur

Ən cəlbedici qadınlar bu ayda doğulur

Psixoloji sorğular və sosial müşahidələrə görə, ən cəlbedici qadınlar may ayında doğulanlar hesab olunur. BAKU.WS xəbər verir ki, mütəxəssislər bunu yaz fəslin...

195 Dünya 12:43 13 dekabr 2025

Son xəbərlər