Avropada sərhədini açan ilk ölkənin adı məlum oldu

Avropada sərhədini açan ilk ölkənin adı məlum oldu
Sosial 862

Çex Respublikasının rəhbərliyi koronavirus pandemiyası səbəbindən ölkədən çıxmağa qoyulan qadağanı ləğv edib.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Adam Voytex bildirib.

Nazir həmçinin deyib ki, 24 aprel tarixindən etibarən ölkədə ictimai yerlərdə 10 nəfərdən çox olmamaq şərti ilə sərbəst toplaşmaqla bağlı qadağa da aradan götürülüb.

Çexlərin xaricə getməsinə də icazə veriləcək. Bir şərtlə ki, geri qayıdarkən analizlə koronavirus infeksiyasının olmaması təsdiqlənməli və ya evdə iki həftə karantin keçirilməlidir.

Çex Respublikasında COVID-19-a yoluxanların sayı 7,188 nəfər təşkil edir ki, onların 210 nəfəri həyatını itirib, 2,152 nəfər isə sağalıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər