ASCO gəmiləri ilə yükdaşımaların həcmi 5 faizdən çox artıb
AZCON Holding şirkətlərindən olan ASCO-nun gəmiləri ilə 2025-ci il ərzində 9,085,935 ton yük daşınıb. Bu da 2024-cü illə müqayisədə 5,38 faiz artım deməkdir.
BAKU.WS xəbər verir ki, ən yüksək artım quru yük gəmiləri ilə daşımalarda qeydə alınıb. Ötən il ərzində bu tip gəmilərlə 1,324,999 ton yük daşınıb. Bu, 2024-cü ilin eyni göstəriciləri ilə müqayisədə 45 faizdən çoxdur.
Ötən il tankerlərlə daşınan yükün həcmində də artım müşahidə olunub. Belə ki, 2024-cü ildə 4,216,243 ton yük daşındığı halda, 2025-ci ildə bu göstərici 4,310,046 tona çatıb. Beləliklə, bu seqment üzrə daşımalarda 2 faizdən çox artım qeydə alınıb.
Statistikaya əsasən, 2024-cü ildə bərə gəmiləri ilə 76,757 ədəd təkərli texnikanın (vaqon, TIR və avtotexnika) daşınması həyata keçirilib. 2025-ci ildə də təxminən eyni səviyyədə, yəni 77,071 ədəd vaqon, TIR və avtotexnika daşınıb.
Bundan başqa, ötən il ASCO-nun gəmiləri ilə daşınan konteynerlərin sayı 22,030 TEU olub. Bu isə 2024-cü illə müqayisədə 203 faiz artım deməkdir.
Oxşar xəbərlər
Azərbaycanda yaşı 100-ü keçən pensiyaçıların sayı açıqlanıb
Hazırda Azərbaycanda yaşı 100 və yuxarı olan pensiyaçıların sayı 304 nəfərdir. BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Əmək və Əhali...